Vaxt.Az

“Hizbullah” komandiri öldürülüb


 

İsrail Livana iki gündə 2000 bomba atıb

“Hizbullah” komandiri öldürülüb İsrailin Livana qarşı intensiv hücumları davam edir. İsrail Livana endirdiyi bugünkü bombardman nəticəsində “Hizbullah” terror təşkilatının komandirlərindən birini öldürdüyünü açıqlayıb.

Təl-Əviv bazar ertəsi səhərdən etibarən ölkəyə edilən hücumlarda 2 mindən çox bombanın atıldığını açıqlayıb.

İsrail ordusu Beyrutun cənubunda terror təşkilatının qalası sayılan Dahiye bölgəsində bir binanı hədəfə alıb. Bu hücumla İsrail bir həftə ərzində üçüncü dəfə Beyruta hücum edib.

İsrail ordusundan verilən son açıqlamada Livanın paytaxtı Beyrutun Dahiyə bölgəsinə edilən hücumlarda “Hizbullah”ın raket sistemlərinə cavabdeh olan İbrahim Məhəmməd Kubeysini məhv edildiyi qeyd edilib.

Ordu Livandakı Hizbullah hədəflərinə hərtərəfli hücumlar həyata keçirdiyini açıqlayıb.

Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada Beyrutu hədəf alan hava hücumunda ilkin təsbitlərə görə 6 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilib.

 





24.09.2024    çap et  çap et