“Reuters”ə danışan iki təhlükəsizlik mənbəsi İsrailin Beyruta endirdiyi hava hücumunda taleyi hələ bəlli olmayan bir Hizbullah komandirinin hədəf alındığını, İsrail mediası isə hədəfin Talal Hamiyə olduğunu bildirib. Qeyd edək ki, ABŞ Talal Hamiyə üçün 7 milyon dollar mükafat təyin etmişdi
AFP-yə danışan və adının çəkilməsini istəməyən bir mənbə, İsrail ordusunun təsdiqlədiyi hücumda cənub şəhərətrafı Əl-Qobiridəki binanın iki mərtəbəsinin hədəf alındığını bildirib.
Livandakı iki təhlükəsizlik mənbəsi cənub ətrafına hava hücumu nəticəsində ən azı bir nəfərin öldüyünü bildirib.
Livanın Milli Xəbər Agentliyinin (NNA) verdiyi məlumata görə, cənub ətraflarında əl-Qobiridə bir binanın iki mərtəbəsinin hədəfə alındığı hücumdan sonra hadisə yerinə təcili yardım maşınları göndərilib.
İsrail Ordusunun sözçüsü Aviçay Adrai “X” platformasındakı hesabında verdiyi açıqlamada “ordu Beyrut bölgəsində xüsusi hücuma keçdiyini” açıqlayıb.
İsrailin Kanal 14 televiziyası bombardmanın hədəfinin “Hizbullah”da mühüm rolu olan yüksək səviyyəli terrorçu olduğunu bildirib.