Vaxt.Az

BMT Baş Assambleyasının iclası başlayıb


 

Dünya liderlərini bir araya gəlib

BMT Baş Assambleyasının iclası başlayıb Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb. Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğan təmsil edir.

Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin liderlərini və yüksək səviyyəli nümayəndələrini Nyu-Yorkda bir həftə ərzində bir araya gətirən BMT Baş Assambleyasının 79-cu sessiyası öz işinə başlayıb.

BMT Baş Assambleyasının 79-cu sessiyasının sədri Kamerunlu Filemon Yonqun sədrliyi ilə keçirilən sessiya BMT-nin Baş katibi Antonio Quterreşin çıxışı ilə açılıb.

BMT-nin sözçüsü bildirib ki, bu il sentyabrın 24-30-da keçiriləcək BMT Baş Assambleyasının 79-cu iclasında 76 dövlət başçısı, 4 şahzadə, 2 hökumət başçısı, 42 baş nazirin müavini, 9 nazir, 54 nazir müavini və Aİ nümayəndə heyəti iştirak edəcək. Digər tərəfdən, iştirakçılardan yalnız 19-nun qadın olması diqqət çəkib.

 





24.09.2024    çap et  çap et