Vaxt.Az

“Silahların 60 faizi Çindən gəlir”


 

Vasilyuk: “Pekin sanksiya altında olan Rusiyanın ixracatını bazarlarla təmin edir”

“Silahların 60 faizi Çindən gəlir” Ukrayna prezidentinin müşaviri Vladislav Vlasyuk bu gün (sentyabrın 24-də) jurnalistlərə bildirib ki, Ukraynadakı döyüş meydanında Rusiya silahlarının idxal komponentlərinin təxminən 60 faizi Çindən gəlir.

Vlasyuk, “Bütün adi silah növlərinə və xaricdə istehsal edilən komponentlərin sayına baxdıqda, onların təxminən 60 faizinin Çindən gəldiyini görərik. Bəzi istehsalçılarla bu məsələni uzun-uzadı müzakirə etdik. Deyə bilərəm ki, ən böyük problem Çin Xalq Respublikasıdır”, – deyib.

Müşavirin sözlərin görə, Çin Rusiyanın ən böyük ticarət tərəfdaşıdır, keçən il Rusiyanın xarici ticarətinin üçdə birini təşkil edib və Rusiyaya Qərbin sanksiyalarına tab gətirməkdə kömək edən həyati əhəmiyyətli sənaye avadanlıqları və istehlak malları verib. Pekin, həmçinin neft və qazdan tutmuş kənd təsərrüfatı məhsullarına qədər Rusiyanın sanksiyalara tuş gələn bir çox ixracatını gəlirli bazarlarla təmin edir.

 





24.09.2024    çap et  çap et