Çin sınaq məqsədilə Sakit okeana qitələrarası ballistik raket (ICBM) atdığını bildirib.
Müdafiə Nazirliyindən verilən açıqlamada saxta döyüş başlığı daşıyan raketin Sakit Okean sahillərində təyin olunmuş əraziyə düşdüyü bildirilib.
Açıqlamada sınaq buraxılışının Çin ordusunun illik təlim planında rutin bir fəaliyyət olduğu və bunun beynəlxalq hüquq və təcrübələrə uyğun olaraq həyata keçirildiyi və heç bir ölkəni hədəf almadığı bildirilib.
Açıqlamada raketin düşdüyü okeanda dəqiq ərazi barədə məlumat verilməyib.
5500 kilometrdən çox mənzilli ballistik raketlər “qitələrarası” kimi müəyyən edilir. Çinin bu günə qədər istehsal etdiyi ən qabaqcıl qitələrarası ballistik raket olan “Dongfing (Şərq Küləyi) 41” (DF-41) 12 min ilə 15 min kilometr məsafə qət edə bilir.
Çin Sakit okeana ilk qitələrarası ballistik raket sınağı 1980-ci ildə həyata keçirilib.