Vaxt.Az

«Zəhərləyib öldürəcəyəm...»


 

Flora Kərimova hədələdi

«Zəhərləyib öldürəcəyəm...» “2013-cü il mənim ilimdir. Mən ilan ili, şir bürcündə doğulmuşam. Açın qulağınızı eşidin, kim mənim ayağımı tapdalasa, dönüb çalacağam. Özü də mən zəhərli ilanam, bütün zəhərimi tökəcəyəm və düşmənimi zəhərləyib öldürəcəyəm…”

Xalq atisti Flora Kərimova Publika.Az vasitəsi ilə düşmənlərinə sərt ismarış ötürdü. Düşmənlərinə bəribaşdan onunla ehtiyatlı davranmağı məsləhət gördü: “Şir bürcündə doğulanlar qüdrətli, güclü və sadiq adamlar olur. Üstəgəl də İlan ilində doğulmaq o deməkdir ki, bizimlə ehtiyatlı olmaq lazımdır. Amma bir iş də var ki, ilanlara dəyməsən, sənə xətər toxundurmaz. Vay o gündən ki, ilanın quyruğunu tapdalayasan, bax onda ilanın üzünü görmə. Səni elə zəhərləsin ki, yerində qalasan”.

 





27.12.2012    çap et  çap et