Vaxt.Az

“Evlərinizə qayıtmayın”


 

İsrail gecə saatlarında Livana hücumu davam etdirib

“Evlərinizə qayıtmayın” İsrail döyüş təyyarələri gecə saatlarında Livanın cənub, şərq və mərkəzi bölgələrindəki bir çox qəsəbəyə hava zərbələri endirib, paytaxt Beyrutun üzərindəki səs səddini yararkən, “Hizbullah” 8 oktyabr 2023-cü ildən bəri ilk dəfə Tel-Əvivə raket zərbəsi endirib.

İsrail, 8 oktyabr 2023-cü il tarixində Hizbullah ilə münaqişənin başladığı gündən bu yana Livana “ağır, ən geniş və ən sıx” hücumunun üçüncü günündə Livanın cənub, şərq və mərkəzi hissələrinə hücumlarını davam etdirdi.

İsrail döyüş təyyarələri Livanın cənubunda həyata keçirdiyi hava hücumlarında Adlun və Kefr Hatta qəsəbələri, Sidon bölgəsindəki Əl-Akibiye qəsəbəsi ətrafı, Hadasa, Ayta, o cümlədən Bint Jubeil bölgəsində əl-Cəbəl və Yatir qəsəbələri də daxil olmaqla bir çox bölgədəki yaşayış məntəqələrini hədəfə alıb.

Həmçinin cənubdakı Nəbatiyə bölgəsini, o cümlədən Deyr əz-Zəhrani qəsəbəsini, Humin əl-Favqa ilə Rumin arasındakı Harc Havayi və Vadi bölgəsi Ayn Qana hava zərbələrinə tuş gəlib.

Livanın şərqində İsrail döyüş təyyarələrinin hücumları Baalbek bölgəsindəki Cinta, Nabi Şit, Şaat, Nahle, Devrus, Brital, Əl-Khidr və Əl-Camaliyyə də daxil olmaqla Bekaa bölgəsindəki qəsəbələrə yayılıb.

Bekaada, Qərbi Bekaa bölgəsindəki Midun, Sehmer qəsəbələri və Meşqara düzü ətrafı ilə Zahle rayonundakı Reyak qəsəbəsinə hava zərbələri endirilib.

Livanın mərkəzi hissəsində İsrail döyüş təyyarələri Beyrutun cənubundakı Ciye sahil bölgəsini hədəfə alıb.

Bu arada Livanın rəsmi agentliyi NNA İsrail döyüş təyyarələrinin Livanın cənubundakı digər şəhərlərə, o cümlədən Nəbatiyə bölgəsindəki Aba və Habbush və Sidon bölgəsindəki Kevseriyyetu əs-Siyad hava zərbələri endirib.

Digər tərəfdən, İsrail döyüş təyyarələri paytaxt Beyrut səmasında iki dəfə səs baryerini sındırıb.

NNA-nın Ayn Qananı hədəf alan hücumda sayı qeyd edilmədən “yaralananların” olduğu xəbəri xaricində, digər hücumlarda ölən və ya yaralananların olub-olmadığı ilə bağlı açıqlama verilməyib.

***

İsrail ordusu radiosunun xəbərində, Tel-Əviv bölgəsinin “Hizbullah” ilə qarşıdurmaların başlamasından bəri ilk dəfə Livandan raket hücumlarına məruz qaldığı bildirilib.

Xəbərdə raketin havada zərərsizləşdirildiyi bildirilib.

***

İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabında verdiyi açıqlamada İsrailin hücumları səbəbiylə Livanın cənub bölgələrindən köç etmək məcburiyyətində qalanlara xəbərdarlıq edib.

Bütün kəndlərin sakinlərinə müraciət edən Adraee dedi: “İsrail ordusunun hücumları davam edir. Təhlükəsizliyiniz üçün növbəti xəbərdarlığa qədər evlərinizə qayıtmayın”.

İsrailin paytaxtı Tel-Əvivdə sirenlərin çaldığına diqqət çəkən Adraee, Livandan atılan raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.

***

Livanın xarici işlər və immiqrasiya naziri Abdulla Buhabib Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Karnegi Fondunun təşkil etdiyi tədbirdə çıxış edib.

Buhabib bildirib ki, İsrailin “Hizbullah”a qarşı bombardmanları zamanı Livanda didərgin düşənlərin sayı yarım milyona yaxınlaşıb.

Son hücumlardan əvvəl Livanda 110 min insan didərgin düşdüyü halda, Buhabib bu rəqəmin hazırda 500 minə yaxınlaşdığını bildirib.

***

İsrail ordusu sentyabrın 23-ü səhər saatlarından etibarən Livanın cənub şəhərləri, həmçinin Bekaa və Baalbek bölgələrinə yüzlərlə hava zərbəsi endirib.

Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edir.

Livan Təhsil Nazirliyi ölkə daxilində təhsilin dayandırıldığını açıqladığı halda, Daxili İşlər Nazirliyi ölkənin cənubunda İsrailin hücumları nəticəsində didərgin düşmüş vətəndaşların yerləşdirilməsi üçün məktəblərin açıldığını açıqlayıb.

İsrailin Hayfa bölgəsinin ən böyük sağlamlıq kompleksi olan Rambam Xəstəxanasından verilən açıqlamaya görə, 22-23 sentyabr tarixlərində Livandan atılan raketlər nəticəsində panikaya düşən və ya qəlpə parçalarına tuş gələn yüngül yaralı 11 nəfər xəstəxanaya gətirilib. İsrailin şimalındakı Nehariye şəhərində 9 nəfər yüngül xəsarət alıb.

“Haaretz” qəzetinin məlumatına görə, sentyabrın 22-də Aşağı Qaliley bölgəsində hücum sirenləri çalarkən çaxnaşma səbəbindən baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

 





25.09.2024    çap et  çap et