Vaxt.Az

ABŞ-da qaradərili imam edam edilib


 

Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb

ABŞ-da qaradərili imam edam edilib ABŞ-ın Missuri ştatında qətl ittihamı ilə edama məhkum edilən Marsellus Uilyams adlı qaradərili imam prokurorların günahsız ola biləcəyini bildirməsinə baxmayaraq edam edilib.

Yerli mətbuatın məlumatına görə, 1998-ci ildə törədilən qətlə görə edama məhkum edilən və Bonne Terre həbsxanasında cəza çəkən 55 yaşlı İmam Uilyams dünən yerli vaxtla saat 18.10-da öldürücü inyeksiya ilə edam edilib.

Prokurorlar, yeni dəlillərin qətldəki DNT qeydlərinin Uilyamsınki ilə uyğun gəlmədiyini ortaya çıxardığını bildirsələr də, məhkəmə edam qərarının icrasına qərar verib.

Məhkəmənin bəyanatında qeyd olunub ki, sözügedən dəlillər nə alternativ bir cinayətkarın varlığına işarə edir, nə də Uilliyamsı qatil kimi istisna edir.

Missuri ştatının qubernatoru Mayk Parson da məhbusun edamı ilə bağlı “Heç bir münsif və ya hakim Uilliyamsın təqsirsizlik iddiasını etibarlı hesab etmədi”, – deyib.

ABŞ-da müsəlmanların hüquqlarını müdafiə edən ən böyük təşkilat olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) edamı pisləyib.

Bundan əlavə, ABŞ Nümayəndələr Palatasının üzvü Cori Buş “X” sosial media platformasında verdiyi açıqlamada, “"Qubernator Mayk Parson utanc verici bir şəkildə bu gecə günahsız bir insanın edam edilməsinə icazə verdi. Biz bu qüsurlu, irqçi, qeyri-insani praktikanı birdəfəlik aradan qaldırmalıyıq. Rahat yat, Marsellus Uilliyams”, – yazıb.

 

O, 2001-ci ildə ölüm cəzasına məhkum edilmişdi

 

Uilliyams 1998-ci ildə qətldə şübhəli bilinərək mühakimə olunub və 2001-ci ildə ölümə məhkum edilib.

Uilliyamsın məhkəməsi zamanı 2 müttəhimin pul qarşılığında işə götürülməsi, qətllə bağlı heç bir məhkəmə sübutunun ortaya çıxmaması, 12 nəfərlik jüri heyətindən 11-nin ağdərililərdən ibarət olması mübahisə mövzusuna çevrilib.

2017-ci ildə aparılan DNT analizində hadisə yerində tapılan nümunələr Uilyamsın nümunələri ilə uyğun gəlməyib.

ABŞ-ın ən böyük müsəlman hüquqlarını müdafiə təşkilatı olan CAIR Uilyamsın edamını dayandırmaq üçün başlatdığı kampaniyada 50 minə yaxın imza toplayıb.

 





25.09.2024    çap et  çap et