Üç qərb və regional mənbənin məlumatına görə, İran Yəməndə Rusiya ilə Husilər arasında gəmi əleyhinə raketləri silahlı qruplaşmaya ötürmək üçün gizli danışıqlar aparır.“Reuters” bildirib ki, Rusiya hələlik “P-800 Onyx” kimi tanınan “Yakhont” raketlərini təhvil vermək barədə qərar qəbul etməyib. Əgər Moskva belə qərar verərsə, bu silahların terrorçuların Qırmızı dənizdəki ticarət gəmilərini daha dəqiq vurmasına imkan yaradacağını bildirib. Ekspertlər, bunun ABŞ və Avropa hərbi gəmiləri üçün təhlükəni daha da ciddiləşdirəcəyini bildirib.
çap et