Açıqlamada, müqavilə ilə AB-nin süni intellekt qanununun tətbiqindən əvvəl şirkətlərin bu sahədə idarəetmə strategiyası, yüksək risk sistemlərinin müəyyən edilməsi və məlumatlılıq kimi sahələrdə könüllü öhdəliklər götürdüyü bildirilib.
Paktı imzalayan şirkətlər arasında “Microsoft”, “Google”, “Amazon”, “OpenAI”, “Hewlett Packard”, “IBM”, “Lenovo”, “Samsung”, “Qualcomm”, “Sap” və “Adobe” var.
“Facebook” və “Instagram”ın sahibi Metanın paktda iştirak etməməsi diqqət çəkib.
AB-nin Süni İntellekt Qanununun 2026-cı ilin avqustunda qüvvəyə minməsi gözlənilir. Pakt bu prosesdə süni intellekt sahəsində harmoniyanı təmin etməyi hədəfləyir.