Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası üçün Nyu-Yorka səfər edən prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Baydenin təşkil etdiyi şam yeməyinə qatılacağı gözlənilirdi.
Ərdoğan təmaslarını başa vurduqdan sonra həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Con Kennedi Beynəlxalq Hava Limanına getmək üçün Türkevidən ayrılıb.
Hava limanına gələn prezident Ərdoğan və onu müşayiət edən şəxslər yerli vaxtla saat 00.40-da özəl “CAN” təyyarəsi ilə ABŞ-dan Türkiyəyə yola düşüb.
Prezident Ərdoğanın BMT toplantılarına qatılan liderlər üçün Bayden tərəfindən verilən şam yeməyinə qatılacağı açıqlanmışdı.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan ABŞ Prezidentinin həyat yoldaşı Cil Baydenin birinci xanımlar üçün təşkil etdiyi naharda da iştirak etmişdi.