Vaxt.Az

İsrailə PUA hücumu


 

Xəsarət alanlar var

İsrailə PUA hücumu İsrailin cənubundakı Eylat şəhərinə pilotsuz uçuş aparatı PUA hücumu həyata keçirilib. Hücum nəticəsində 2 nəfər yaralanıb.

İsrail ordusu sözçüsü tərəfindən verilən açıqlamaya görə, Eylat şəhərinin şərqindən gələn iki PUA-nın təsbit edilməsindən sonra şəhərdə sirenlərin səsləndiyi bildirilib.

Açıqlamada, İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus Saar korvetindən şəhərə doğru hərəkət edən PUA-lardan birinin müdaxilə edildiyi, digərinin isə şəhərdəki bir nöqtəni vurduğu qeyd edilib.

İsrailin təcili yardım xidməti “Magen David Adom” tərəfindən edilən açıqlamada PUA-nın hücumu nəticəsində 2 nəfərin yüngül yaralandığı və təcili tibbi yardım işçilərinin yaralıları xəstəxanaya göndərmədən hadisə yerində müalicə etdiyi bildirilib.

 





26.09.2024    çap et  çap et