Taliban rejiminin rəsmisi Həmdullah Fıtrat mövzu ilə bağlı videomüraciətində görüşə bir heyət göndərmək istədiklərini bildirib. Zirvə toplantısında iqtisadi məsələlərin müzakirə ediləcəyini bildirən Fıtrət deyib: “Əfqanıstan inkişaf etməkdə olan ölkələr sırasındadır və iqtisadiyyatı inkişaf edir. Bu iqtisadi sammitdə iştirak Əfqanıstan üçün çox vacibdir. Əfqanıstan növbəti BRİCS toplantısında iştirak etmək istəyir və bu istəyini ev sahibi ölkəyə çatdırıb”.
Fıtrat əlavə edib ki, Əfqanıstanın Rusiya, Hindistan və Çinlə yaxşı iqtisadi əlaqələri var.
BRİCS sammiti çərçivəsində oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində birlik ölkələri – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika kimi bir çox ölkənin liderləri bir araya gələcək.