ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə yenidən namizəd Donald Tramp Ağ Evə qayıdıb İranın təhdidləri ilə üzləşəcəyi təqdirdə “məhv edəcəyik” deyib.
Trampın bu açıqlaması ABŞ kəşfiyyatının İranın Trampa qarşı sui-qəsd iddiaları ilə bağlı məlumat verməsindən sonra gəlib.
Şimali Karolinada seçki mitinqində çıxış edən Tramp, “Əgər mən prezident olsaydım, təhdid edən ölkəyə deyərdim ki, bu indiki halda İrandır, əgər bir adama hər hansı bir şəkildə zərər versəniz, biz sizin dövlətinizi məhv edəcəyik. Ən böyük şəhərləri və ölkənizi yerli bir edəcəyik deyərdim”, – söyləyib.
Tramp Ağ Evdə olsaydı, daha çox tədbir görəcəyini söyləyib. Baydeni tənqid edən Tramp, “amma hazırda bu liderliyə sahib deyilik”, – vurğulayıb.