Vaxt.Az

Saatda 19 km sürətlə irəliləyir


 

ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir

Saatda 19 km sürətlə irəliləyir ABŞ-ın şərq sahillərindəki bəzi ştatlarda və Meksikanın cənub-qərbində “Con” və “Helen” qasırğalarının, o cümlədən “İsaak” tropik qasırğasının təsirli olacağı gözlənilir.

ABŞ Milli Qasırğa Mərkəzi, “Helen” qasırğasının Florida ştatının Tampa şəhərindən təxminən 690 kilometr cənub-qərbdə aşkar edildiyini açıqlayıb.

Qasırğanın “4-cü kateqoriya” intensivliyinə təsir göstərə biləcəyi ifadə edilib və Meksikanın Yukatan yarımadası və Floridanın şimal-qərb sahilləri üçün xəbərdarlıq edilib.

Digər tərəfdən, Cənubi Karolina, Şimali Karolina, Corciya və Florida ştatlarının qubernatorları “Helen” səbəbindən ştatlarında “fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb.

***

Atlantik okeanında əmələ gələn “İsaak” tropik fırtınasının həftənin sonuna kimi güclənərək qasırğaya çevriləcəyi gözlənilir.

Milli Qasırğa Mərkəzi “İsaak”ın Bermudadan təxminən 1115 kilometr şimal-şərqdə təsbit edildiyini və saatda 19 kilometr sürətlə şərqə doğru irəlilədiyini açıqlayıb.

Mərkəz, Con qasırğasının Meksikanın Zihuatanejo şəhərindən təxminən 95 kilometr cənub-şərqdə olduğunu bildirib.

Sentyabrın 24-də Meksikanın Sakit Okeanla həmsərhəd olan bəzi cənub ştatlarına təsir edən “3-cü kateqoriya” “Con” qasırğası nəticəsində iki nəfər həyatını itirib.

 





26.09.2024    çap et  çap et