Bu sözlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasları çərçivəsində Bayden və Zelenskinin görüşü ilə bağlı Ağ Evin yaydığı açıqlamada yazılıb.
Açıqlamaya görə, Bayden Zelenski ilə görüşündə ABŞ-ın Ukraynaya güclü dəstəyinin davam edəcəyi mesajını verib və Ukraynaya elan ediləcək yeni yardım paketini xatırladıb.
Sentyabrın 26-da Ağ Evdə qonaq edəcəyi Zelenski ilə görüşən Bayden, Ukraynanın yenidən qurulması ilə bağlı 30-dan çox ölkənin imzaladığı birgə bəyannaməni də hərtərəfli dəyərləndirib.
***
Digər tərəfdən, Pentaqonun Bayden-Zelenski görüşü zamanı verdiyi açıqlamada Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardımın göndəriləcəyi bildirilib.
Müvafiq olaraq, ABŞ Kiyevə Ukraynaya hava-yer tipli raket sursatları, HIMARS raketləri, 155 və 105 millimetrlik silahlar və “Javelin” tank əleyhinə silahlar kimi əhəmiyyətli miqdarda silah göndərəcək.