Vaxt.Az

Ədliyyəyə atılan çanta partladı


 

20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb

Ədliyyəyə atılan çanta partladı ABŞ-ın Kaliforniya ştatında məhkəmə binasının girişindəki keçid məntəqəsində “qanunsuz odlu silah gəzdirmək”də günahlandırılan şəxsin atdığı çantadakı partlayıcının partlaması nəticəsində 6 nəfər yaralanıb.

CNN-in məlumatına görə, aəlahiyyətlilər partlayışdan sonra verdikləri açıqlamada, “qanunsuz odlu silah gəzdirmək”də günahlandırılan 20 yaşlı Nataniel Makquayrın özü ilə gətirdiyi çantanı ədliyyə binasının girişindəki nəzarət-buraxılış məntəqəsinə atdığını bildirib.

Səlahiyyətlilər içərisində partlayıcı maddə olan çantanın partlaması nəticəsində ədliyyə dəhlizində olan 6 nəfərin yaralandığını qeyd edərək, hadisədə “polad jilet” geyinən şübhəlinin xəsarət almadığını bildirib.

Səlahiyyətlilər, Makquayrın partlayışdan dərhal sonra polis tərəfindən tutulduğunu və “öldürməyə cəhd” və “partlayıcı maddələrin saxlanması və istifadəsi” ilə ittiham edildiyini açıqlayıb.

Digər tərəfdən, səlahiyyətlilər çantanın içindəkilərlə bağlı ətraflı məlumat paylaşmayıb.

Federal Təhqiqat Bürosunun (FTB) xüsusi agenti Ted Doks verdiyi açıqlamada araşdırmaya başladıqlarını və müvafiq qrupların hadisə yerinə gəldiyini bildirib.

“Hazırda bildiyimiz odur ki, bu hadisə transmilli terrorizmlə əlaqəli deyil və şübhəlinin terrorçu qruplarla heç bir əlaqəsi yoxdur”, – deyə Doks bildirib.

 





26.09.2024    çap et  çap et