Ölkə mətbuatında yer alan xəbərlərə görə, ölkənin infrastruktur naziri Con O'Doud ayın əvvəlində polis rəisi Konsteybl Con Boutçerə məktub yazaraq, ondan Nyutaunabbey bölgəsində mühacir əleyhinə plakatların yığışdırılmasını tələb edib.
Tələbdən sonra Şimali İrlandiya Polisi (PSNİ), cəmiyyətin narahatlığını nəzərə alaraq, Raçkul küçəsində dirəklərdən asılmış “Bölgələrimizdə müsəlmanların və ya qeyri-qanuni mühacirlərin məskunlaşmasına kömək edən hər kəs, məsuliyyətə cəlb olunmalı”, “Qanunsuz mühacirlərə son qoyulmalıdır” və “Uşaqlarımızı qorumalıyıq” kimi nifrət yaradan plakatları yığışdırıb.
***
PSNİ BBC-yə verdiyi açıqlamada plakatların “qəbuledilməz” olduğunu bildirib.
PSNİ-nin sözçüsü ərazidəki plakatların yığışdırıldığını və bu plakatların asılmasını “nifrət cinayəti” kimi qəbul etdiklərini bildirdi.