Vaxt.Az

İsrail Beyrutu vurdu


 

Hədəf “Hizbullah”ın yüksək rütbəlisi idi

İsrail Beyrutu vurdu İsrail hərbçiləri Livanın paytaxtı Beyrutu vurub. Yerli mənbələrin məlumatına görə, 3 nəfər yaralanıb. İddialara görə, hədəf “Hizbullah”ın yüksək rütbəli komandiri olub.

İsrailin atdığı raketlər ötən həftə başqa bir hücumda məhv edilən “Rıdvan Qüvvələri”nin komandiri İbrahim Alikin öldüyü Dahiyə rayonuna düşüb.

Yerli mənbələr ən azı üç ayrı raketin Beyrut ətrafında binaları məhv etdiyini bildirib. “Reuters”ə danışan şahidlərin bildirdiyinə görə, şəhərin cənub ətraflarında güclü partlayış səsi eşidilib və ərazidən sıx toz buludu qalxıb.

Yerli mənbələr hücum nəticəsində 2 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildirib.

İsrail qüvvələri Beyrutdakı hərbi hədəfləri dəqiqliklə vurduqlarını açıqlayıb. İsrail mətbuatının ordudakı mənbələrə istinadən verdiyi məlumata görə, hədəf “Hizbullah”ın pilotsuz uçuş aparatlarına cavabdeh komandiri Əbu Saleh olub.

“Hizbullah” hədəfə alınan komandirin taleyi ilə bağlı açıqlama verməyib.

 





26.09.2024    çap et  çap et