Vaxt.Az

Yaponiyanın yeni baş naziri bəlli olub


 

Keçmiş nazir və baş katib İşiba Şiqeru Yaponiyada hakim LDP-nin sədri seçilib

Yaponiyanın yeni baş naziri bəlli olub Keçmişdə kənd təsərrüfatı və müdafiə naziri vəzifəsində çalışmış LDP-nin keçmiş baş katibi İşiba Şiqeru Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) prezident seçkilərində qalib gəlib.

Baş nazir və LDP lideri Kişida Fumio siyasi maliyyə qalmaqalını əsas gətirərək istefa verəcəyini elan etdikdən sonra hakim partiyanın yeni lideri seçki qurultayında müəyyən edilib. Paytaxt Tokioda keçirilən seçkili qurultayda yarışan ikisi qadın olan 9 namizəddən heç biri ilk turda səs çoxluğunu qazana bilməyib.

Birinci turun nəticələrinə görə, iqtisadi təhlükəsizlik üzrə dövlət naziri Takaiçi Sanae və hər biri bir il kənd təsərrüfatı və müdafiə nazirləri vəzifəsində çalışmış LDP-nin keçmiş baş katibi İşiba Şiqeru ikinci tura keçiblər.

Qadın namizəd Takaiçi 181 səslə birinci, keçmiş nazir, LDP-nin baş katibi İşiba 154 səslə ikinci, keçmiş energetika naziri Koizumi Şinciro isə 136 səslə üçüncü olub.

Namizədlər birinci turda səs çoxluğu əldə edə bilmədiklərindən ikinci turda ən çox səs toplayan Takaiçi və İşiba mübarizə aparıb.

İkinci turun sonunda 215 səs toplayan İşiba LDP-nin yeni lideri, Takaiçi isə 194 səs toplayıb.

İşiba gələn həftə LDP və onun koalisiya tərəfdaşı Komeitonun üstünlük təşkil etdiyi Nümayəndələr Palatasının (Shuugiin) sessiyasında Yaponiyanın yeni baş naziri elan ediləcək.

 





27.09.2024    çap et  çap et