Vaxt.Az

«Danışmağın vaxtı gəldi»


 

«Mənə aid mövzularda vacib olan mənim nə fikirləşdiyimdir»

«Danışmağın vaxtı gəldi» Abdullah Gül prezidentlik barəsində suala qeyri-müəyyən cavab verib. «Axar.az» xəbər verir ki, Türkiyənin Prezidenti Abdullah Gül Keniya prezidenti ilə təşkil etdiyi mətbuat konfransında prezidentliklə bağlı suala belə cavab verib:

«Prezident seçkisinə 4-5 ay vaxt qaldığı üçün indi bu məsələ gündəmdədir. Ona görə mən də «danışmağın vaxtı gəldi» dedim. Yenə qeyd edirəm ki, mənimlə bağlı mövzu olduğu üçün oturub dostlarla müzakirə edəcəyik. Cənab Baş nazir başda olmaqla... Ancaq təbii ki, mənə aid mövzularda vacib olan mənim nə fikirləşdiyimdir».

Xatırladaq ki, 2014-cü ilin 10 avqust tarixində Türkiyədə prezident seçkiləri keçiriləcək.

 





08.04.2014    çap et  çap et