Baş nazir Netanyahu BMT-nin Baş Assambleyasında çıxışını bitirərkən İsrail qırıcıları Beyrutun Dahiya məhəlləsinə ABŞ istehsallı “Mk84” bombalarını ataraq “atəş kəməri” yaradıb. Beyrutda, hava limanının yaxınlığında 6 yaşayış binası dərhal uçub və hündür tüstü sütunları göyə qalxıb.
“Yenu nizam” əməliyyatının başlıca hədəfi şübhəsiz ki, “Hizbullah”ın rəhbərliyi idi. Yəni Livandan yəhudi dövlətinə qarşı raket və dron hücumlarının koordinasiyasına cavabdeh olan İranın proksi şiə təşkilatının “beyin”i.
Qeyd etmək lazımdır ki, “Hizbullah” terror təşkilatı ilə yanaşı, nüfuzlu və çox güclü kriminal qruplaşmadır, hansının ki, Avropa və Yaxın Şərqdə geniş insan alveri, narkotik trafiklər və s. şəbəkəsi var.
Maraqlı bir fakt.
Həsən Nəsrullah İsrail liderlərin canlı yayımda bütün çıxışlarını diqqətlər izləyird. Bu, Nəsrullaha xas bir xasiyyət idi. Avia zərbələr isə, Netanyahunun BMT-də çıxışı zamanı endirilmişdi. Yəni çox güman ki, Həsən Nəsrullah Netanyahuya baxarkən öldürülüb. “Bu təsadüfdür, ya İsrail hərbi rəhbərliyinin simvolizmə yetirdiyi diqqətdir, ya hərbi zərurətdir” sualı açıq qalır. Bəlkə də Netanyahu Nyu-Yorka sırf bu məqsəd üçün gəlib ki, Nəsrullah lazımlı vaxtda, lazımlı yerdə olsun? Maraqlı suallardır...