Vaxt.Az

«Sitatın sonu» açıqlaması


 

«... Efirə getməsi nəzərdə tutulmayıb»

«Sitatın sonu» açıqlaması «Millət vəkili Etibar Hüseynovun müəllifi olduğu «Sitatın sonu» verilişi bir layihədir. Hər həftə efirə getməsi nəzərdə tutulmayıb. Ona görə də 1-2 həftə efirə getməməsi o demək deyil ki, layihə bağlanıb».

Bu sözləri «Axar.az»a açıqlamasında ATV-nin Xəbərlər departamentinin müdiri Vaqif Aydınoğlu bildirib. Onun sözlərinə görə, «Sitatın sonu» verilişi hələ də davam etməkdədir: «Etibar Hüseynovun «Sitatın sonu» verilişi bağlanmayıb. Mövzu olanda efirə gedir, olmayanda getmir. Yəni verilişin bağlanması kimi bir söhbət yoxdur».

Xatırladaq ki, dünən mətbuatda millət vəkili Etibar Hüseynovun ATV-də yayımlanan «Sitatın sonu» verilişinin bağlandığı xəbəri yayılıb. Xəbərdə bildirilir ki, məcburi köçkünlər barəsində ifadələri üzündən hakimiyyət dairələrində sərt şəkildə danlanan deputatın ATV-dəki verilişi bağlanıb.

 





08.04.2014    çap et  çap et