Vaxt.Az
Trampın gəlişinin təsiri görünür
“İranın neft ixracı yaya qədər gündəlik bir milyon barrel azalacaq”
“The Economist” saytı ABŞ-nin İranın neft ixracına qarşı tətbiq etdiyi yeni sanksiyaların nəticələrini təhlil edib və Donald Trampın ehtimal edilən sərt siyasətinə istinadən yazıb ki, Tehranın ixrac etdiyi neftin demək olar ki, hamısını alan Çinin idxalı gündə bir milyon barrelə qədər azalacaq.Məlumata görə, ötən il İranın neft ixracı 2018-ci illə
müqayisədə 12 dəfədən çox artaraq sutkada 1,8 milyon barrelə çatıb, ancaq indi
vəziyyət dəyişib və ixracın azalacağı gözlənilir.
“The Economist” Rusiya və İranı müqayisə edərək neft
ixracında İranın daha böyük təhlükə ilə üzləşəcəyini də qeyd edib.
15.01.2025
çap et