Vaxt.Az

«Azərbaycan Rusiyanın qarşısında dayana bilsə...»


 

Barrozo: «Bolqarıstan Rusiya ilə qaz əlaqələrində ehtiyatlı olmalıdır»

«Azərbaycan Rusiyanın qarşısında dayana bilsə...» Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo «Bolqarıstanın Avropanın inkişafı üçün vətəndaşları» (GERB) partiyasının sədr müavini Svetan Svetanova bildirib ki, Cənub Axını qaz kəməri Avropada prioritet variant deyil. Bu barədə «Novinite» xəbər portalı məlumat verib.

Barrrozo GERB-in mətbuat xidmətinə istinadən Svetanova deyib ki, Cənub Axını qaz kəməri eyni təchizatçının – «Qazprom»un nəzərdə tutduğu yeni layihə idi.

Avropa Komissiyasının prezidenti həmçinin bildirib ki, Avropa Cənub Axınını siyasi prioritet hesab etməkdən imtina edərək, Azərbaycandan İtaliya boyunca işləyən, Azərbaycanın Rusiyanın təzyiqinə mane olmasını təmin edən qaz kəməri layihəsinə diqqəti cəmləməlidir. Barrozu həmçinin qeyd edib ki, «əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilsə «Cənub axını» kəmərinin əvəzinə Azərbaycan qazı Avropa üçün daha əhəmiyyətli ola bilər».

Görüş zamanı Bolqarıstanın keçmiş daxili işlər naziri və GERB-in hazırkı sədr müavini Svetan Svetanov bildirib ki, Avropa Sosialistlər Partiyasının (PES) lideri Sergey Stanişev və Bolqarıstan Sosialist Partiyası (BSP) son iki ildə baş verən bütün problemlərin Avropa Xalq Partiyası (EPP) hökumətlərinin səhvi olduğu barədə mübahisəyə davam edirlər. O, əlavə edib ki, sosialistlərin və onların Avropada səbəb olduqları böhranın uğursuzluğundan bəhs etməyə müvəffəq olmayıb.

Svetanov İspaniya və Yunanıstanın adını çəkib. Barrozo cavabında bildirib ki, bu, düz böhran dövründə - sağçı hökumətlər Avropada sabitlik və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış etdiyi vaxtda baş verib.

«Ona görə də biz Bolqarıstanı daha ehtiyatlı olmağa çağırırıq. Xüsusilə də Rusiya ilə qaz əlaqələri, ölkə üçün enerji təchizatının diversifikasiyasını təmin edə biləcək digər kəmərlərin xərcləri məsələlərində bu, zəruridir. Buna görə də Bolqarıstan və Rumıniyanın Aİ-yə üzvlüyü barədə qərar böyük əhəmiyyət daşıyırdı. Çünki onlar Aİ-dən kənarda olsaydılar, Rusiyanın öz təsir dairəsini genişləndirmək üçün ayaq basdığı Ukrayna ilə yanaşı, Bolqarıstan və Rumıniya ilə də problemlərimiz olardı», - Barrozo bildirib.

«Bolqarıstanda Avropa Xalq Partiyasından olmayan Rusiyanın agentləri var. Bu, partiyaya Bolqarıstan, Rumıniya və bütün regiona sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün imkan yaradacaq», - Barrozu qeyd edib.

 





08.04.2014    çap et  çap et