Vaxt.Az

Daha bir Avropa şirkəti İrandan gedir


 

Qida sənayesindən sonra onlayn satış şirkəti ölkəni tərk edir

Daha bir Avropa şirkəti İrandan gedir İqtisadçı analitiklərin fikrincə, xarici investorların İranı tərk etməsi artıq pik həddə çatıb.

Məlumata görə, Avropa investisiya şirkəti IIC (International Investment Consortium), İranın “Dicikala” onlayn alış-veriş mağazalar şəbəkəsindəki investisiyasını ölkədən tezliklə çıxaracaq.

Bildirilib ki, IIC şirkəti “Dicikala”nın səhmlərinin 33 faizinə sahibdir. Qeyd olunub ki, daha öncə Səudiyyə Ərəbistanının İrandakı ən böyük qida sənayesi hesab edilən “Safola” şirkəti də sərmayəsini İrandan geri götürüb.

 





17.01.2025    çap et  çap et