Bu barədə «Reuters» məlumat verir. «Rusiya şərqi Ukrayna hesabına öz ərazisini genişləndirmək fikrinə düşərsə, əyləncə başa çatacaq», - o aprelin 6-da Çexiyanın ictimai radiosuna deyib.
Aprelin 7-də isə Ukraynada vəziyyət dəyişdi. Şərqi sənaye şəhəri olan Donetskdə «Donetsk Xalq Respublikası» tələbi eşidildi.
Donetskdə regional administrasiya
binasına hücum edərək oranı zəbt edən Rusiyapərəst fəallar bazar ertəsi suveren
Donetsk Xalq Respublikasını elan edərək, Rusiya prezidenti Vladimir Putini
«müvəqqəti sülhməramlı kontingent» göndərməyə çağırdılar.