Məlumata görə, fəal cəzasının yarıdan çoxunu çəkib və bir müddət əvvəl şərti azadlığa çıxmaq üçün müraciət etmişdi. Bununla belə, prokuror bildirib ki, bu tələbin qəbul edilməsinin şərti İbrahiminin azadlığa çıxdıqdan sonra siyasi fəaliyyətdən çəkinməyə dair öhdəlik imzalamaqdır.
Qeyd edək ki, həbsxana rəsmiləri böyrək ağrılarından əziyyət çəkən Muxtar İbrahimini tibb mərkəzlərinə göndərməkdən imtina etməyə davam edirlər.