Vaxt.Az

“Birlik, güc və ədalət” şüarı ilə qayıdır


 

Tramp: “Dörd illik cəhənnəmdən sonra ...”

“Birlik, güc və ədalət” şüarı ilə qayıdır ABŞ prezidenti seçilmiş Donald Tramp bu gün inauqurasiya nitqində çıxış edəcəyi əsas mövzuları “birlik”, “güc” və “ədalət” kimi açıqlayıb və Amerika xalqını və onun dəyərlərini müdafiə edəcəyinə söz verib.

NBC-yə telefonla verdiyi müsahibədə, andiçmə nitqinin əsas mövzusunun üç məsələ olacağına eyham vuraraq, “Biz dörd illik cəhənnəmdən sonra insanlara ədalətli davranmalıyıq”, – deyib.

Prezident Co Bayden üç keçmiş prezident (Barak Obama, Corc Buş və Bill Klinton) və vitse-prezident Kamala Harrislə birlikdə mərasimdə iştirak edəcəyini təsdiqləyib. Mərasimdə bir çox dünya liderləri də iştirak edəcək.

 





20.01.2025    çap et  çap et