Vaxt.Az

Təbrizdə daha bir tətil


 

Rabitə işçiləri yenidən etiraza qalxıblar

Təbrizdə daha bir tətil Yanvarın 20-də Şərqi Azərbaycan əyalətinin telekommunikasiya şirkətinin Təbrizdəki əməkdaşları işi dayandıraraq etiraz aksiyası keçiriblər.

Məlumata görə, etirazçılar Şərqi Azərbaycan əyalətinin Təbrizdəki Mərkəzi Telekommunikasiya İdarəsinin qarşısında toplaşıblar.

Narazı işçilər əmək haqlarının ödənilməməsinə, sığorta və qanunla nəzərdə tutulmuş digər hüquqlarının təmin olunmamasına etiraz ediblər.

“Bundan öncə qanuni hüquqlarımızın təmin edilməsi tələbi ilə keçirdiyimiz aksiyalara görə şirkət rəhbərliyi bizi müqavilələrin ləğvi və işdən qovulmaqla hədələyib", – deyə, etirazçı işçilər bildiriblər.

Xatırladaq ki, bir gün əvvəl Güney Azərbaycanın paytaxtında avtomobil şirkətinin işçiləri aşağı əməkhaqqı və milli ayrı-seçkiliyə etiraz olaraq tətil keçirmişdilər.

 





21.01.2025    çap et  çap et