Vaxt.Az

«Krım ssenarisi təkrarlanarsa...»


 

«Edə biləcəyimiz yeganə şey ...»

«Krım ssenarisi təkrarlanarsa...» Niderland Krallığından seçilmiş avroparlamentari, Büdcə və Büdcəyə Nəzarət Komitələrinin üzvü Yan Mulder (Jan Mulder) «eunews.az» xəbər portalının suallarını cavablandırıb.

- Aprelin 7-də Ukraynanın cənub-şərqində gərginlik yenidən artıb, Donetsk və Xarkov regionları öz müstəqilliyini elan ediblər. Hadisələrin gedişatını nəzərə alsaq, Avropa İttifaqı (Aİ) hansı addımları atmalıdır?

- Edə biləcəyimiz yeganə şey bu hadisələrə təsir edən və onlara görə məsuliyyət daşıyan şəxslərə qarşı iqtisadi sanksiyaların tətbiqidir. Biz onların həyatını iqtisadi və maliyyə baxımından çətinləşdirməliyik.

 

- Bəs geniş iqtisadi sanksiyaların tətbiqinin vaxtı gəlmədimi?

- İlk növbədə, biz Ukraynadakı baş verənlər haqda dəqiq məlumat almalı və mövcud vəziyyəti aydınlaşdırmalıyıq. Təbii ki, hələ ki geniş sanksiyaların tətbiq edilməsi haqda danışmaq tezdir, ancaq Krım ssenarisi bir daha təkrarlanarsa, biz (Aİ - red.) çətin vəziyyətdə olacağıq.

 





08.04.2014    çap et  çap et