Vaxt.Az
İki siyasi məhbusa azadlıq tələb edilir
Avropa Parlamenti İranda insan haqlarının pozulmasını pisləyib
Dünən Avropa Parlamenti qətnamə qəbul edərək İranda insan haqlarının sistemli şəkildə pozulmasını, o cümlədən iki qadın siyasi məhbus Pəxşan Əzizi və Vərişe Muradinin edam hökmünü və İslam Respublikasının girov götürmə siyasətini pisləyib.
Məlumata görə, qətnamə 556 lehinə, 6 əleyhinə səslə qəbul
olunub. Avropa Parlamentinin 42 üzvü isə bitərəf qalıb.
Qətnamədə İranın Ədliyyə-Məhkəmə Sistemi tərəfindən edam
hökmünün çıxarılmasına kəskin etiraz edilib və İranda ölüm cəzasının tətbiqinin
dərhal dayandırılması və ləğvi tələb olunub.
24.01.2025
çap et