Vaxt.Az

Milli fəallara qarşı yeni təhdid dalğası


 

Fars-molla rejimi Güney Azərbaycanda repressiyaları gücləndirib

Milli fəallara qarşı yeni təhdid dalğası Güney Azərbaycanda bir çox milli fəal İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinə çağırılıb və telefon zəngləri ilə hədələnib.

Məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları son günlər Təbriz, Urmiya, Ərdəbil, Tehran, Qoşaçay, Nadarlı, Sulduz, Əhər, Marağa və s. şəhərlərdə telefon vasitəsilə ETTELAAT-a çağırılıb. Onlardan bəziləri zənglərə cavab verməsə də, bəziləri çağırışı qanunsuz hesab edərək sözügedən nazirliyə getməkdən imtina ediblər.

Bunun qarşısında milli fəallar ETTELAAT Nazirliyinin təhdidləri ilə üzləşiblər.

 





24.01.2025    çap et  çap et