Vaxt.Az

Ruslara giriş qadağandır!


 

«Nümayəndəliyin bütün əməkdaşları üçün ləğv edilir»

Ruslara giriş qadağandır! NATO Rusiya rəsmilərinin baş qərargaha girişini məhdudlaşdırıb. Qərar ötən həftə Krımın anneksasiyasına cavab olaraq NATO-nun Rusiya ilə bütün praktiki əməkdaşlıqları dondurmasının ardınca qəbul edilib.

NATO-nun rəsmi bəyanatında bildirilir ki, «Buna qədər mövcud olan NATO baş qərargahına geniş giriş hüququ Rusiya nümayəndəliyinin rəhbəri, onun birinci müavini və iki əməkdaşdan başqa, nümayəndəliyin bütün əməkdaşları üçün ləğv edilir».

Bəyanatda həmçinin deyilir ki, Rusiyanın NATO yanında nümayəndəliyinin əməkdaşları «standart ziyarətçi qaydaları»na uyğun giriş hüququna malik olacaqlar. 

Qərar aprelin 8-dən etibarən qüvvəyə minəcək və NATO üzv dövlətlərinin xarici işlər nazirlərinin iyunda keçiriləcək görüşündə yenidən müzakirə olunacaq.

 





08.04.2014    çap et  çap et