Hətta bununla bağlı məhdudiyyətləri əks etdirən təklif hazırlayıblar.
Vətəndaşın seçim imkanına məhdudiyyətlərə qoymaqla sahibkarın hüququ tənzimlənə bilməz. Ümumiyyətlə sahibkarlar hansısa avtomobil istehsal edir ki, hüquqları da qorunsun? Avtomobili bir yana, heç olmasa bir təkər istehsal edirlərmi? Bu baxımdan tənzimləmə sahibkarı yox, alverçini qorumaq məntiqi olardı.
Yaxud Azərbaycandakı dilerlər ölkə iqtisadiyyatına nə qədər fayda verir ki? Nə qədər kütləvi iş yeri və salonu var ki, dövlət onları qorusun? Vətəndaş avtomobil gətirəndə vergisini və rüsumunu ödəyir, dövlətə xeyir verir. Bəlkə avtomobil satışı ilə məşğul olan sahibkar ondan artığını edir?
Sahibkarlar belə direktiv qərarları yox, maarifləndirməni seçməlidirlər. Rəsmi satıcılar daha üstün şərtlər – servis, xidmət, ehtiyat hissələri, bazara uyğun xüsusi imkanlar, dil dəstəyi və s. təqdim etməklə alıcını cəlb etməlidir. Onsuz da sərfəli şərtlər təklifi olanda bunu bəyənənlər avtomobili onlardan alacaq.
Dilerlər isə təbliğat, reklam aparan bloqerlər, influencerlərlə doğru mesaj vermir. Əgər dövlət bir qadağa qoyacaqsa, bu, həm sahibkar, həm də adi vətəndaş üçün eyni olmalıdır. Məsələn, ABŞ Çin brendlərinə 100 faiz rüsum tətbiq edib. Bu rüsumlarda sahibkar və vətəndaş ayrı-seçkiliyi qoyulmur.
Hazırda dövlətin strateji baxışı məhz avtomobil parkını yeniləməkdir. Hibrid və elektrik avtomobillərinə olan güzəştlər, xarici bazara əlçatanlıq ucuz avtomobil almağa imkan yaradıb. Dövlətin bu strategiyası nəticəsində insanlar daha sərfəli şərtlərlə təzə maşın alırlar. Bu cür də davam etməlidir. Sahibkarlar isə direktiv qərarlardan mədət ummamalı, azad rəqabətə uyğunlaşmalıdırlar.