Bu barədə azvision.az-a Metropoliten işçiləri məlumat veriblər. Onların sözlərinə görə, Z.Hüseynov keçirdiyi iclasların birində işçilərin maaşla bağlı müraciətlərinə toxunaraq bu məsələsinin onun diqqətində olduğunu deyib.
Metropoliten rəisi işçilərinin əməkhaqqılarının yüksək olmasını istədiyini qeyd edib.
Metro işçilərinin bildirdiyinə görə, maaş məsələsi ilə bağlı yuxarı dairələrlə məsləhətləşmələr aparılır. Ehtimal edilir ki, yaxın vaxtlarda metro işçilərinin əməkhaqqıları artırılacaq.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva isə bu məsələdən xəbərsiz olduğunu deyib: «Bu haqda heç bir məlumata malik deyiləm. Bu haqda bizdə rəsmi məlumat yoxdur».