“Reuters”in verdiyi məlumata görə, Rusiya səfiri Qriqori Maşkov “Rusiya Beynəlxalq Münasibətlər” qəzetində, “Müəyyən edilmiş faktlar fonunda klassik ikitərəfli kontekstdə artıq (nüvə) strateji sabitlikdən danışmaq mümkün deyil”, – deyib.
Rusiya səfiri qeyd edib ki, hazırda silahlanma yarışı gedir və müxtəlif ölkələr raket texnologiyasının inkişafı üzərində işləyirlər.
“Qərblə qarşıdurmanın hazırkı şəraitində və onun Rusiyaya strateji zərər vurmaq üzrə açıq-aydın siyasətində biz nüvə və raket arsenallarının məhdudlaşdırılması yox, onların kəmiyyət və keyfiyyətinin artırılması məsələsi ilə üzləşə bilərik”, – Maşkov davam edib.