Vaxt.Az

Avropa yol xəritəsi axtarır


 

Trampla razılaşmaq üçün müzakirələr aparılacaq

Avropa yol xəritəsi axtarır İyirmi yeddi Avropa Birliyi ölkəsinin lideri Brüsseldə Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasından bəri ilk dəfə olaraq, xüsusən də ticarət və təhlükəsizlik kimi mübahisəli mövzularda Vaşinqtonla razılaşmanın yol xəritəsini müəyyən etmək üçün müzakirələrə başlayır.

Böyük Britaniyanın baş naziri Keir Starmer və NATO-nun baş katibi Mark Ruttenin də qatılacağı bu qeyri-rəsmi görüşdə üç əsas məsələ müzakirə olunacaq – Ukraynadakı müharibə, Vaşinqtonun NATO-ya bağlılığı və Trampın Birlik ölkələrinə tətbiq etməyi hədəflədiyi tariflər daxildir. Bundan başqa Qrenlandiya adasının idarəsi üçün səylər də müzakirə mövzusudur.

Fransız mənbələrinə görə, Paris bu görüşü avropalılar üçün “gündəmlərini sürətləndirmək” üçün “ABŞ ilə münasibətlərin konturlarını çəkmək və transatlantik əlaqələrin əsasını təşkil edən elementləri nəzərdən keçirmək” baxımından bir fürsət olaraq görür”.

 





02.02.2025    çap et  çap et