ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiyaya qarşı sanksiyaları ikiqat artırmağa hazırdır.
Tramp komandası Rusiyanın enerji sektoruna qarşı daha sərt sanksiyaların tətbiq edilməsini istisna etmir. Bunu ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq “The New York Post” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Rusiyaya qarşı sanksiyaların tətbiqi iqtisadi təzyiqin on bənddən ibarət şkalası üzrə cəmi üç səviyyəsində qiymətləndirilir.
“Biz həqiqətən sanksiyaları, xüsusilə də son sanksiyaları gücləndirə, neft hasilatını və ixracını hədəfləyə bilərdik”, – Kelloq deyib.
çap et