Vaxt.Az

Rusiyanın ABŞ-dan şərti


 

Lavrov Ukraynanın cənub və şərq bölgələrində danışıqlarda iştirakı təmin olunacağı halda...

Rusiyanın ABŞ-dan şərti Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı Rusiyanın bu proseslərə bir şərtlə razı olacağını bildirib.

ANS PRESS-in məlumatına görə, Sergey Lavrov Ukraynanın cənub və şərq bölgələrində danışıqlarda iştirakı təmin olunacağı halda Moskvanın Brüssel və Vaşinqtonla şərtləri müzakirə etməyə hazır olduğunu bildirib.

«Nəzərdə tutulmuş görüşdə Ukraynanın cənub və şərq bölgələrinin də iştirakının tərəfdarıyıq», - deyə Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında bildirib.

Onun fikrincə, Ukrayna bölgələrini bu danışıqlarda «prezidentliyə namizədlər təmsil edə bilərdi».

Sergey Lavrov qeyd edib ki, ABŞ belə bir görüşün təxminən 10 gündən sonra keçirilə biləcəyini mümkün sayır.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı yaxın günlərdə Rusiya, Ukrayna, ABŞ və Aİ-nin iştirakı ilə görüş keçirməyi təklif edib.

Rusiya XİN rəhbəri, eləcə də Moskvanın ünvanına Ukraynanın cənub-şərqində kütləvi etiraz aksiyalarını güya maliyyələşdirdiyi barədə ittihamları rədd edərək xatırladıb ki, Ukraynada «Maydan» hadisələri başlayandan kütləvi aksiyaların haradan maliyyələşdirildiyinə dair çoxsaylı məlumatların olmasına baxmayaraq, həmin məlumatlar indiyədək təkzib olunmamış qalır.

 





08.04.2014    çap et  çap et