Vaxt.Az

Şarlatanların dövrü bitir


 

Ziyanlı “təbliğat maşını” Qərbin özünü uçuruma aparır

Şarlatanların dövrü bitir Cəmiyyətimiz yetkindir, ağı qaradan seçməyi yaxşı bacarır. Güclü müşahidə qabiliyyətinə malikdir və perspektivi aydın görə bilir. Bu səbəbdən onu təsir dairəsinə almaq, assimilyasiya etmək asan məsələ deyil.

Cəmiyyət onun da fərqinə varır ki, gizli və separatçı məzmun daşıyan, yayılmasına irimiqyaslı vəsaitlər xərclənən “ideologiyalar” “qumarı oynadan qazanır” prinsipi ilə cəmiyyətləri, sistemləri, kütlələri, ailələri və fərdləri məhv etməyə yönəlib.

Bəşəri dəyərləri deqradasiyaya uğratmaq, mənəvi böhran yaratmaq məqsədilə silahlanmış qüvvələr ölkəmizdə də öz çirkin təbliğat ssenarisini həyata keçirməyə çalışsalar da, buna müvəffəq olmurlar. Səbəb aydındır – Azərbaycan cəmiyyəti çox böyük sınaqlardan çıxıb və həqiqətin nədən yana olması barədə müfəssəl təsəvvürlərə malikdir.

Yumşaq güc və diplomatiya yolu ilə qeyri-hökumət təşkilatları vasitəsilə nüfuz etmək istədikləri vacib cəmiyyətlərdən biri Azərbaycan cəmiyyətidir. Çünki Azərbaycan qüdrətli dövlətdir və onun rolu, iştirakı olmadan bölgəni nəzarətə almaq, onu idarə etmək mümkün deyil.

“Şeytan əlində Quran, qapı-qapı gəzir ki, guya iman, din, bəşəri dəyərləri təbliğ edir” misalındakı kimi, bu gün dünyaya şər yayan “şeytan yuvaları” ölkəmizdə qərar tuta bilmirlər. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altındakı Azərbaycan dövlətinin qətiyyətli mövqeyi onların məkrli niyyətlərinin qarşısına çox geniş sipər çəkir, mənfur niyyətləri yerindəcə məhv edilir və boğulur.

Artıq Qərbin özündə də başa düşürlər ki, bu ziyanlı “təbliğat maşını” onların özünü də uçuruma doğru yuvarladır. Məhz elə bu səbəbdən də qeyd olunan ölkələrin özündə də sistem dəyişiklikləri baş verir, praqmatik və rasional idarəçilər iqtidara yiyələnir.

Xarici yardım proqramlarını yenidən təşkil etmək və iqtisadi yardımı idarə etmək məqsədilə yaradılması elan edilən, əslində isə fəaliyyətini casusluq və gizli əməliyyatlar üzərində quran, ölkələri daxldən işğala məruz qoymağa çalışan USAİD-la bağlı ABŞ-ın yeni prezidentinin atdığı addımlar bunun bariz örnəyi və göstəricisidir.

Şarlatanların dövrü çoxdan bitib!

 





06.02.2025    çap et  çap et