Dünən məlum olub ki, Tramp administrasiyası USAİD-ə 60-a yaxın yüksək vəzifəli məmuru məzuniyyətə buraxıb.
Rəsmi Bakının da bu təşkilata münasibəti birmənalı deyil. USAID son iki ildə Azərbaycan-Ermənistan münasibətlərində tərəf tutmağa başlayıb, hökumətə qarşı ittihamlar səsləndirib. USAİD-in Azərbaycana qarşı qərəzli ittihamları əsasən 2023-cü ilin sonunda, rəsmi Bakının Qarabağda birgünlük lokal antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb. Həmin vaxt USAID-in rəhbəri Samanta Pauer (Samantha Power) demişdi ki, bir günlük antiterror əməliyyatı nəticəsində “yüz mindən çox insan evlərini tərk etməyə, qonşu Ermənistana köçməyə məcbur olub”. Halbuki, birgünlük antiterror əməliyyatından dərhal sonra Ermənistanın bas naziri Nikol Paşinyan bəyanat verdi ki, dinc əhaliyə qarşı heç bir zorakılıq olmayıb, sadəcə əhali Azərbaycanın yurisdiksiyasında yaşamaq istəməyərək Ermənistana köçüb. Həmin vaxt Azərbaycan hökuməti dinc əhaliyə erməni dilində müraciət etdi ki, onlara qalıb Azərbaycan vətəndaşlığını qəbul edib, yaşamağı təklif edir. Lakin 20 nəfərdən başqa bunu heç kim qəbul etməyib. Samanta Pauer isə bu fikri ilə, nədənsə, ermənilərdən daha çox erməni olmağa uğursuz cəhd göstərdi.
Görünən odur ki, Donald Tramp USAİD-in fəaliyyətini kardinal şəkildə dəyişməyi planlaşdırıb. Bu dəyişiklik isə, bütün dünyanın hiss edəcəyi səviyyədə olacaq. Çünki, maliyyələşənlər arasında dövlətlər, səhiyyə sahələri, milyonlarla insanlar da var.