Vaxt.Az

Rusiya İsveçə hücuma hazırlaşır


 

Şok kəşfiyyat məlumatı: «Ruslar hər şeyimizlə maraqlanırlar, ...»

Rusiya İsveçə hücuma hazırlaşır İsveç xüsusi xidmət orqanı SAPO dünyanı şoka salacaq xəbərdarlıq edib. Publika.az xəbər verir ki, SAPO-nun hökumətə göndərdiyi hesabatda qeyd olunur ki, Rusiya bu ölkəyə hərbi müdaxilə hazırlıqları üçün casusluq fəaliyyətini artırıb.

Rus agentləri əsasən İsveçin hərbi obyektləri haqqında məlumat toplayırlar.

Rusiyanın İsveçdə ən güclü kəşfiyyat şəbəkəsi saxlayan ölkə olduğuna da toxunan SAPO, «Ruslar hər şeyimizlə maraqlanır, ölkə siyasəti , iqtisadiyyatı , texnologiyası və hərbi sirləri da daxil olmaq üzrə hər şeylə ..» deyə hesabatda qeyd edib.

Digər tərəfdən İsveç müdafiə naziri Karin Enström də Rusiyayla hər cür hərbi əməkdaşlığa son verildiyini və İsveçin müdafiəsi üçün həyata keçiriləcək islahatlar üçün tələsmək lazım olduğunu qeyd deyib.

 





08.04.2014    çap et  çap et