Vaxt.Az

Karib sahillərində güclü zəlzələ


 

7,6 bal gücündə təkanlar sunami ...

Karib sahillərində güclü zəlzələ Karib dənizi sahillərində 7,6 bal gücündə zəlzələ baş verib.

Milli Sunami Xəbərdarlıq Mərkəzi zəlzələdən sonra sosial mediada açıqlama yayıb: “Puerto Riko və ABŞ-ın Vircin Adaları üçün Sunami xəbərdarlığı hələlik ləğv edilib. Xəbərdarlıqlar sona çatsa da, güclü və qeyri-adi cərəyanlar davam edə bilər. Suya yaxın yerlərdə diqqətli olun. Yerli fövqəladə hallar idarəsinin son məlumatlarına izləyin”.

ABŞ Geoloji Xidməti bildirib ki, 7,6 bal gücündə zəlzələ yerli vaxtla 18:23-də Kayman adalarının Corc Taun şəhərindən təxminən 200 kilometr cənub-qərbdə baş verib.

Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi təxmin edilir.

 





09.02.2025    çap et  çap et