A.Quliyev çıxışında Ukraynanın hazırkı hakimiyyətini ciddi tənqid edərək bildirib ki, ölkənin şərqində baş vermiş hərc-mərclik və qarışıqlıq Ukrayna rəhbərliyinin vəziyyəti normallaşdırmaq üçün qətiyyətli addım ata bilməməsinin nəticəsidir: «Bu gün Ukrayna hakimiyyətindəki yaşanan pərakəndəlik ölkədəki böhranın aradan qaldırılmasına və siyasi stabilliyin təmin edilməsinə mane olur. Reallıq ondan ibarətdir ki, xalqı öz ətrafında birləşdirən, siyasi vəziyyətə nəzarəti tam üzərinə götürən, ölkənin ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü bir liderə Ukraynanın çox ehtiyacı var. ATƏT öz mandatı çərçivəsində Ukraynada siyasi sabitliyin təmin olunması üçün əlindən gələn etməli və mayın 25-də keçirilən prezident seçkilərinin tam demokratik və şəffaf keçirilməsinə öz töhfəsini verməlidir».