Rəy sorğularında Merzdən çox geridə olan Şolz, ABŞ-ın tariflər tətbiq edəcəyi təqdirdə blokun cavab verəcək “sərt tədbirlər siyahısı” ilə bağlı suala, “Bəli, bunu ən ehtiyatlı diplomatik şəkildə ifadə etmək lazımdır. Biz Avropa Birliyi olaraq bir saat ərzində tədbir görə bilərik”, –cavabını verib.
ABŞ prezidenti Donald Tramp dəfələrlə ABŞ-ın ən böyük ticarət tərəfdaşlarına tariflər tətbiq etməklə hədələyib və onları Amerikanın rifahından istifadə etməkdə ittiham edib.