Vaxt.Az

Tramp elçisi Ukraynaya gedir


 

Vladimir Zelenskinin ABŞ prezidentindən tələbi var

Tramp elçisi Ukraynaya gedir ABŞ prezidenti Donald Tramp çərşənbə günü təsdiqləyib ki, onun Rusiya və Ukrayna arasında müharibəyə son qoymaqla məşğul olan xüsusi nümayəndəsi Keyt Kelloq tezliklə Kiyevə səfər edəcək.

Tramp Moskva ilə Kiyev arasındakı müharibənin tez bitməsini istəsə də, Vladimir Zelenski Ukraynanın Rusiya ilə bağladığı hər hansı sülh sazişinin bir hissəsi kimi Ağ Evin Kremldən möhkəm təhlükəsizlik zəmanəti almasını tələb edir.

Ukrayna prezidentliyindəki mənbə Kelloqun fevralın 20-də Kiyevə səfər edəcəyini bildirib. Tramp həmin səfərin tarixini təsdiqləməyib və Kelloqun yaxın gələcəkdə Kiyevə səfər edib-etməyəcəyi sualına sadəcə “bəli” cavabını verib.

 





11.02.2025    çap et  çap et