“OpenAI” qurucusu öz “X” hesabında “İstəsəniz, “Twitter”i (X) 9,7 milyard dollara ala bilərik”, – deyib.
Mask Sem Altmana eyni ironik şəkildə cavab verərək onu “fırıldaqçı” adlandırıb.
2015-ci ildə Sem Altman tərəfindən San Fransiskoda qurulan şirkət xüsusilə “ChatGPT” adlı süni intellekt sistemi ilə məşhurlaşıb. Uzun müddətdir bu sahədə demək olar ki, rəqibi olmayan “ChatGPT” son zamanlarda Çinin “DeepSeek” süni intellekt modeli ilə müqayisə edilib.