Vaxt.Az

«Amma Ərdoğan bilməsin»


 

Gülün ziyafətində nurçular da olub

«Amma Ərdoğan bilməsin» Türkiyə prezidenti Abdullah Gülün Keniya prezidenti Uxuru Keniatanın şərəfinə Çankaya Köşkündə verdiyi ziyafətdə Gülən camaatından iki şəxsin iştirak etdiyi məlum olub.

«Qafqazinfo» Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonaqlıqda dövlət rəsmiləri ilə birgə Ərdoğana «Ağlama və peşmanlıq günün olacaq» deyə mesaj göndərdiyi bildirilən və bundan sonra AK Partidən istefa verən millət vəkili İlhan İşbilən ilə Keniyadakı «Light Akademiyası»nın müdiri və Gülən camaatı ilə əlaqəsi olduğu deyilən «Öməriyə Vəqfi»nin rəhbəri Bilal Qaraduman da iştirak edib.

Türkiyə mətbuatı isə bu məlumatı baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri ilə əlaqələndirib.

Xəbərdə qeyd olunur ki, AKP ilə Gülən camaatı arasında yaranmış gərginliklə bağlı bələdiyyə seçkilərindən sonra ilk səfərini Baş nazir Bakıya edib. Səfərin təfərrüatları rəsmən açıqlanmasa da, hədəfdə Gülən məktəblərinin olduğu isə hamıya məlumdur.

 





09.04.2014    çap et  çap et