Vaxt.Az

“Amerika körfəzi” demədi qovuldu


 

AP-nin müxbirinin Oval kabinetə girməsinə icazə verilmədi

“Amerika körfəzi” demədi qovuldu “The Associated Press” (AP), Ağ Evin müxbirlərindən birinin “Meksika körfəzi” əvəzinə “Amerika Körfəzi” ifadəsini işlətmədiyi üçün Oval Kabinetdəki tədbirdə iştirakına mane olunduğunu bildirdi.

Agentlik rəsmilərinin bildirdiyinə görə, müxbir dünən günortadan sonra həmişəki kimi tədbirə daxil olmağa cəhd edib, lakin girişə icazə verilməyib. Dünən Tramp administrasiyasının AP körfəzin adının verilməsi ilə bağlı redaksiya üslubunu dəyişmədiyi təqdirdə belə bir addım atacağı ilə hədələdiyini və bunun konstitusiya ilə qorunan ifadə azadlığına təsir göstərdiyini nəzərə alsaq, qadağa olduqca qeyri-adidir.

“Ağ Ev AP-yə məlumat verdi ki, əgər o, öz redaktor standartlarını Prezident Donald Trampın Meksika körfəzinin adının Amerika Körfəzinə dəyişdirilməsi ilə bağlı sərəncamına uyğunlaşdıra bilməsə, Oval Kabinetdəki tədbirlərə girişdən məhrum olacaq”, – AP-nin bəyanatında deyilir.

Açıqlamada AP müxbirinin icra sərəncamının imzalanma mərasimində iştirakına mane olduğu və Tramp administrasiyasının bu münasibətinin media baxımından narahatlıq doğurduğu bildirilib.

AP-nin vitse-prezidenti və baş redaktoru Culi Peys (Julie Pace) administrasiyanın hərəkətini qəbuledilməz adlandırıb. "Tramp administrasiyasının AP-ni müstəqil jurnalistikasına görə cəzalandırmaq qərarı həyəcan vericidir. Bizim reportajımızın məzmununa əsasən Oval Kabinetə girişimizi məhdudlaşdırmaq təkcə ictimaiyyətin müstəqil xəbərlərə çıxışını inkar etmir, həm də bu, Konstitusiyanın birinci maddəsini pozulmasıdır.”

AP xəbər agentliyi Donald Trampın “Meksika körfəzi” adının "Amerika körfəzi" olaraq dəyişdirilməsi ilə bağlı göstərişinə əməl etməyəcəyini açıqlayıb.

Açıqlamada Trampın fərmanının Meksikaya və ya digər beynəlxalq təşkilatlara aid olmadığı, ABŞ-a şamil edildiyi bildirilib.

***

Tramp yanvarın 20-də Ağ Evdə Meksika körfəzinin adının dəyişdirilərək “Amerika Körfəzi” adlandırılması barədə sərəncam imzalamışdı.

“Prezident Tramp hökumətə sağlam düşüncə gətirir və Amerika sivilizasiyasının əsaslarını yeniləyir”, - sərəncamda deyilir.

“Google Map”də Trampın göstərişinə uyğun olaraq Meksika körfəzinin adının “Amerika körfəzi”, Alyaskadakı Denali dağının adının isə “McKinley” olaraq dəyişdirilib. “Bizim rəsmi hökumət mənbələrində yenilənmiş ad dəyişikliklərini həyata keçirməklə bağlı çoxdankı təcrübəmiz var”, – deyə “Google”un açıqlamasında bildirilir.

***

Tramp administrasiyası bu addımı hələ şərh etməyib və digər jurnalistlərin də qərardan təsirləndiyinə dair heç bir əlamət yoxdur. Trampın media ilə münasibətləri çoxdan gərginləşib. Tramp administrasiyası başqa bir media orqanının Pentaqondakı ofislərindən qovub.

 





12.02.2025    çap et  çap et